Qısa məzmun
“AQA Şirkətlər Qrupu” “Xadimə” vakansiyasını elan edir.
Müraciət link https://qlor.me/lwon2qjiox
Vəzifə öhdəlikləri:
- Mağaza daxilində xidməti otaqların, dəhlizlərin, soyunma-geyinmə otaqlarının, pilləkənlərin və sanitar qovşaqların, döşəmənin, masa və mebellərin, qapı və pəncərələrin, ofis texnikası və digər avadanlıqların sanitar-gigiyenik qaydalara uyğun təmizliyini həyata keçirmək;
- Mağazada yerləşən zibil qutularını yığışdırmaq və dezinfeksiya etmək, tullantıları mağaza binasından kənarda ayrılmış yerlərə daşımaq;
- Yuyucu vasitələrin, təmizləyici maddələrin və digər təsərrüfat mallarının alınması üçün lazımi struktur bölməsinə müraciət etmək;
- İtən və tapılan əşyalar haqqında mağaza rəhbərliyinə məlumat vermək;
- İstifadə olunan mətbəx ləvazimatlarını yuyub təmizləmək və mətbəxdə sanitar-gigiyenik normalara uyğun təmizliyi qoruyub saxlamaq;
- Gün ərzində ümumişlək yerlərin mütəmadi təmizlənməsini təmin etmək;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən təmizlik işləri ilə əlaqədar verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər
- Orta təhsil;
- Əşya və ləvazimatların spesifik təmizlənmə qaydalarını bilmək;
- Yuyucu və dizinfeksiya edici vasitələrin konsentrasiyasını və onlardan istifadənin təhlükəsizlik qaydalarını bilmək.