Qısa məzmun
Caspian Traiding Centre Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
İş Təsviri:
- Ticarət zalın, xitmət sahəsinin, dəhlizlərin, pilləkanların təmizliyini həyata keçirir. Tozları silir, xüsusi maşın, cihazlar vasitəsilə və yaxud əl ilə divarları, döşəmələri, pəncərə çərçivələrini, şüşələri, mebelləri yuyur;
- Təmizlənən ərazilərin sanitar və gigiyenik qaydalarına riayət edir. Yuyucu və təmizlik vasitələrini xüsusi ayrılan yerdə saxlayır.
- Əməyin mühafizəsi və şirkətin tələblərinə uyğun olaraq müvafiq fərdi mühafizə vasitələrini seçmək və istifadə etmək;
- Hər hansı bir zəruri təmirə ehtiyacın olmasını şirkətin texniki tələblərinə əsasən qeydə almaq;
- Avadanlıqları iş yerinin prosedur və tələblərinə uyğun olaraq təmizləmək, dezinfeksiya etmək;
- İş yerinin prosedurlarına uyğun olaraq avadanlıqların qəbul edilməz istismar vəziyyətində olmasını müəyyən etdikdə bu barədə məlumat vermək;
- İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini yoxlamaq
Tələblər:
- Təmizləyici maddələrin və avadanlıqların təyinatını bilmək,
- Təmizliyi sevmək,
- İş təcrübəsi (üstünlükdür),
- Təfərrüatlara diqqət, dəqiqlik
- Səmimi, nəzakətli və səbirli yanaşma;
- Müştəriyönümlü
CV-lərinizi “mövzu” yerinə “Xadimə” qeyd etməklə hr@topsupermarket.az ünvanına göndərə bilərsiz.