Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Atkins Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Bütün xidməti otaqların, ofisin, anbarların, ayaqyolların, koridorların, pilləkənlərin yığışdırılması.
- Mebellərdən, avadanlıqlardan və s. cihazlardan tozu alınması, divarların, döşəmələrin, pilləkənlərin, pəncərələrin və s. təmizlənməsi və əl ilə ya da müxtəlif vasitələrin köməyi ilə yuyulması.
- Zibilin və tullantıların yığılması və müəyyən yerə daşınması. Zibil qabların yerləşdirilməsi, təmizlənməsi və dezinfeksiyası.
- Təmizlənən yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edilməsi.
- Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi.
- Şirkətin daxili iş qaydalarına riayət edilməsi.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
- Orta-ixtisas və ya ali təhsili;
- Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – foto şəkil ilə) hr@bwc.az elektron poçtun ünvanına göndərə bilərlər