Qısa məzmun
CinemaPlus Xadimə/təmizlik işçisi üzrə vakansiya elan edir. COVİD Pasportunun olması vacibdir
Şirkət: CinemaPlus
Tutduğu vəzifə: Xadimə/təmizlik işçisi
Şöbə “Gənclik MALL”, “28 MALL”, “Azərbaycan”, “Dəniz Mall”, “Azərbaycan”
Vəzifə öhdəlikləri:
- Kinoteatrın ərazisini və otaqlarını yığışdırır, təmizləyir;
- Kinoteatr ərazisində tozları silir, döşəməni, pilləkənləri, pəncərələri, divarları, plintusları, tavanı süpürür, xüsusi vasitələrlə və ya əllə yuyur;
- döşəmələrin, divarların və tavanların təmizlənməsi üçün müxtəlif yuyucu və dezinfeksiyaedici qarışıqlar hazırlayır;
- istehsal tullantılarını və zibilləri kinoteatrdan müəyyən edilmiş yerlərə daşıyır;
- iş üçün lazım olan yuyucu vasitələr, inventar və digər işlənən materiallar alır;
- zibil qablarını düzür, onları vaxtında təmizləyir və dezinfeksiya edir;
- yığışdırdığı yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edir;
- xidməti ayaqyollarını, duş otağını və ümumi istifadə otaqlarını yığışdırır və dezinfeksiya edir;
- seanslar arasında tamaşa zallarında nəm təmizlənmə işləri görür;
- bazar günləri və axşam saatlarında supervayzerin sərəncamlarını rəhbər tutur;
- müdiriyyətin istənilən otaqların yığışdırılması ilə bağlı ayrı-ayrı tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirir.
Vəzifəyə olan tələblər:
- Fiziki sağlam
- Çevik
- Diqqətcil
- Təmizkar
- Bu sahədə iş təcrübəsi olanlara üstünlük verilir.
- Əmək haqqı(Net) 368 AZN
- İş qrafiki/ 6 Günlük
- Digər şərtlər: COVİD Pasportunun olması vacibdir
E-mail: karyera@cpoffice.az
QEYD: Xahiş olunur mailin mövzu hissəsində “Xadimə” və “Təmizlik işçisi” qeyd edəsiniz.