Qısa məzmun
Point Hotel Baku Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Növbəli iş rejimi (Həftədə bir gün istirahət günü verilir) Qidalanma mehmanxana tərəfindən təmin edilir
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək; qonaqların şikayətlərini operativ şəkildə qrup rəhbərinə / nəzarətçilərinə
- Təmizlik şöbəsinin menecerinin köməkçisinə çatdırmaq
- Bufet və tualeti təmizləmək və qaydaya salmaq
- Dəhlizlər və ətrafda yerləşən xidməti otaqların təmizliyini təmin etmək
- Əl arabasını təmizləmək və qablaşdırmaq
- Əməliyyat avadanlıqlarını yoxlamaq və təmizləmək
- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək
- Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq
- Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək
- Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək
Namizədə tələblər:
- Təmizkar və işində məsuliyyətli olmaq
- Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
- Qonaqlarla nəzaktli davranış qaydalarına riayət etmək
- Səliqəli xarici görünüş, kollektivlə işləmə bacarığı
- Otel sahəsində iş təcrübəsi arzu olunandır
- Həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və normal iş münasibətlərini qoruyub saxlamaq.