Xadimə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Poultry Company Xadimə vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında məlumat:

  • Ofis üzrə otaqları, dəhlizləri, pilləkənləri yığışdırmaq;
  • Mebellərin, xalça materiallarının tozunu təmizləmək; divarları, döşəmələri, pilləkənləri, pəncərələri əl ilə süpürmək və yumaq;
  • Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq;
  • Sanitar qovşaq və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparmaq;
  • Yuyucu və dezinfeksiyaedici məhlulları hazırlamaq;
  • Yuyucu vasitələri, inventarları və silgi materiallarını əldə etmək;
  • Əmək funksiyaları üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarını, normativ hüquqi aktların tələblərini vaxtında və müvafiq qaydada yerinə yetirmək;
  • Daxili nizam-intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
  • Müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirmək;
  • Xadimə İnzibati şöbənin müdirinə tabedir.
  • Xadimə sanitariya və gigiyena qaydalarını və bununla əlaqədar tətbiq edilən standartları bilməlidir;
  • Həftədə 3 gün anbarda operatorların otağının təmizlənməsi;

Xadimə onun fəaliyyəti ilə bağlı müəssisə rəhbərliyinin qərar və layihələri ilə tanış olmaq, təlimatda nəzərdə tutulmuş vəzifələri ilə bağlı işlərin təkmilləşdirilməsinə dair təkliflər vermək hüququna malikdir.

Tələblər:

  • Bu sahə üzrə iş təcrübəsi minimum 1  il;
  • Təmizkarlıq, punktuallıq, çalışqanlıq və dürüstlük;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
  • İşə planlı yanaşmaq

İş şəraitinin şərtləri:

  • İş qrafiki : 07:00-16:00;
  • İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
  • Ə/h : 400-450 AZN
  • Ünvan  : Nizami Rayonu, Əli Vəliyev küç 1 B

Müraciət üçün son tarix: 30.12.2021

CV-nizi başlıqda “Xadimə  qeyd etməklə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Xadimə

ADORE kompani Xadimə vəzifəsi üzrə vakansiya elan edir. ...

ADORE kompani

22.10.2024 - Bakı