Qısa məzmun
OMID LLC Xadimə (Mərdəkan) vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
İş haqqında məlumat:
- İşin başlanmasına ən azı on beş dəqiqə qalmış mağazada olmalıdır;
- İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir;
- Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir;
- İstirahət (çay, yemək) vaxtı da daxil olmaqla iş yerini ancaq mağaza müdiri və müdir müavininin icazəsi ilə tərk edə bilər;
- Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə mane olmamalıdır;
- Mağazanın gündəlik təmizliyini və səliqə – səhmanını lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir;
- Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşü və şəxsi gigiyenasına fikir verməlidir;
- Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir;
- İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir.
Namizədə tələblər:
- Mağazanın təmizlik normalarını;
- Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını;
- Davranış etikasını;
- Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını;
- Qəza halları zamanı fəaliyyətlərini;
- Daxili nizam – intizam qaydalarını bilməlidir.
İş qrafiki:
- 09:00-dan 18:00-dək
- Həftə içi 6 gün
- 1 gün istirahət
- Əməkhaqqı: 400-450 +Bonus
- Nahar şirkət tərəfindən verilir
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Xadimə Mərdəkan” yazaraq cv@omid.az ünvanına göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur