Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər QrupuXammal və köməkçi materiallar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərinə üstünlük verilir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
- Vəzifə: Xammal və köməkçi materiallar üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 1 il satınalma sahəsində iş təcrübəsi (İstehsalat sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
Təhsil: Ali təhsil
Yaş həddi: 21-35
Cinsi: Qadın
İşin Təsviri:
- Şirkət adından kommersiya məqsədli xammalların, köməkçi materialların və ehtiyat hissələrinin alınması üzrə fəaliyyəti həyata keçirir.
Vəzifə öhdəlikləri:
- Planlama şöbəsinin xammal və köməkçi material və Mühəndislik Xidməti şöbəsininin ehtiyat hissə və avadanlıq tələbləri əsasında daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq;
- Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək;
- Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq;
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək;
- Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq;
- Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən dımlar atmaq;
- Xarici bazarlarda yeni mallar üzrə araşdırmalar aparmaq, satınalmalar üzrə daha səmərəli təkliflər hazırlayaraq rəhbərinə təqdim etmək;
- Fəaliyyətinə həvəslə yanaşmaq, yaradıcı, enerjili, intizamlı olmaq, partnyorlarla münasibətdə yüksək ünsiyyətqurma qabiliyyəti nümayiş etdirmək, fəaliyyəti ilə bağlı yeni biliklər və təcrübə toplamaq, sosial təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmaq;
- Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək;
Tələblər:
- Komanda ilə işləmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməli;
- Microsoft Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Məsuliyyətli, təmkinli və diqqətli;
- Analitik təhlil və problem həlletmə bacarığı;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında biliklər;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur və Əmək bazarında rəqabətə davamlıdır.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Xammal və köməkçi materiallar üzrə mütəxəssis” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...