Qısa məzmun
ARI Xaricdə Təhsil Mərkəzi Xaricdə təhsil mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş öhdəlikləri:
- Tələbənin istəyinə və akademik göstəricilərinə uyğun olaraq universitetləri və proqramları araşdırmaq;
- Xarici ölkələrin təhsil sistemlərini və prosedurlarını davamlı şəkildə araşdırmaq;
- Universitetlərlə şifahi və yazılı danışıqların aparılması,
- Tələbələrin seçimləri üzrə müraciət və qeydiyyat işlərini dəqiq və vaxtında icra etmək;
Namizəd üçün tələblər:
- Ali təhsil;
- Kompüter proqramları (Word, Excel) və araşdırma üzrə ümumi bacarıqların olması (Google, xüsusi portallar);
- Xaricdə təhsil üzrə minimum 2 il iş təcrübəsi;
- İngilis dilində sərbəst danışma və yazışma bacarığı;
- Kommunikasiya və koordinasiya bacarığı;
- Planlama və qərarvermə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
İş şərtləri:
- 6 günlük iş rejimi;
- Əmək haqqı və bonus qaydaları müsahibə mərhələsində müzakirə ediləcək.
Yuxarıdakı tələblərə uyğun olduğunu düşünən namizədlər “Xaricdə təhsil mütəxəssisi” başlığı ilə azərbaycan dilində tərtib olunan CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...