Qısa məzmun
Kaspi Təhsil Şirkəti Xaricdə Təhsil Proqramları üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
- Ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan və ingilis dillərində səlis danışmaq və yazmaq bacarığı, Rus dili üzrə yaxşı səviyyədə biliklər arzuolunandır;
- MS Office proqramlarından yüksək istifadə bacarığı.
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, düzgünlük, etibarlılıq və məsuliyyətlilik;
- Yüksək ünsiyyət bacarığı;
- Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
- Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
- Müştərilərlə işləmək bacarığı;
- Təşkilatçılıq və təqdimat bacarıqları.
Vəzifə öhdəlikləri:
- Xaricdə təhsil bölməsinin bütün xidmət və faəliyyətlərini effektiv şəkildə icrasını təmin və idarə etmək;
- Xaricdə təhsil bölməsinin illik fəaliyət planını hazırlamaq, həmin plana əsasən fəaliyyətini qurmaq və hesabat vermək;
- Xarici universitetlərin proqramlarını və yeni partnyorluq əlaqəlirini genişləndirmək məqsədi ilə müntəzəm şəkildə araşdırmaq və izləmək;
- Yeni əməkdaşlıqlarla bağlı araşdırmalar edərək təkliflər hazırlayıb rəhbərliyə təqdim və müzakirə etmək;
- Ölkə üzrə keçirilən müvafiq tədbirlərdə “Kaspi” Təhsil Şirkətini təmsil etmək;
- Yüksək səviyyədə xidmət göstərməsini təmin etmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində plan və strategiyalar hazırlamaq və təklif etmək;
- Xaricdə təhsil, yay məktəbləri, dil kursları və digər aidiyyatı xidmətlərin tanıdılması və müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərmək;
- Müştərilərlə iş;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq;
- Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək.
Əlavə məlumatlar:
- İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi
- Elan tarixi: 15.11.2021
- Son müraciət tarixi: 30.11.2021
Maraqlananlar İşə müraciət formasında aşağıdakı linkə daxil olaraq Xaricdə Təhsil Proqramları üzrə Menecer vəzifəsini seçməklə müraciət edə bilərlər.
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...