Qısa məzmun
Barattson School of Business and Finance Xaricdə Təhsil üzrə Məsləhətçi vakansiyasını elan edir.
İş barədə məlumat:
- SMM və CRM tərəfindən yönləndirilən namizədlərlə əlaqə saxlanılması və maraqlandıqları xidmət üzrə ətraflı məlumat verilməsi
- İlkin məlumatları aldıqdan sonra ətraflı məlumat üçün konsultasiyaya yaxınlaşmaq istəyən namizədlərə cədvələ əsasən uyğun gün və saat təqdim edilməsi
- Bölmə menecerinə gündəlik gələn müraciətlər, nəticələri və konsultasiya cədvəli ilə əlaqədar gündəlik detallı məlumatın verilməsi
- Müəyyən təlimlərdən keçdikdən sonra namizədlərlə xaricdə təhsil konsultasiyanın keçirilməsi
- İş qrafiki 5 gün, saat 10:00-dan 19:00-dək
Namizədə tələblər:
- Xaricdə təhsil sahəsi ilə bağlı təcrübəsinin olması şərt deyil ancaq üstünlükdür
- Kompyuterdən istifadə bacarığı, MS Office proqramları (Word, Excel) ilə işləmək qabiliyyəti
- Məsuliyyətli, punktual və işgüzar olmalı
- Müştərilərlə işləmək qabiliyyəti
- Komandada işləmək və işini vaxtında təhvil vermək bacarığı
- Araşdırma etmək qabiliyyəti
- İngilis dilində səlis danışıq və yazı bacarığı
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...