Qısa məzmun
Ə/h 700-1000 AZN + Bonus. Vision Academy Xaricdə təhsil üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dili arzuolunandır.
İşin təsviri:
- Xarici təhsil müəssisələri ilə danışıqların aparılması;
- Xarici partnyorlar ilə əlaqələrin qurulması və işgüzar yazışmaların aparılması;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Görülən iş barədə gündəlik hesabatların verilməsi;
- Təhsil proqramlarının axtarışı, təsviri və təqdimatının aparılması;
- Müştərilərə təhsil proqramları üzrə konsultasiyaların verilməsi;
- Xarici tərəfdaşlarla danışıq və yazışmaların aparılması;
- Müştərilərlə müqavilələrin bağlanması;
- Təhsil müəssisəsinə müraciət, qəbul kağızının alınması;
- Tibbi sığorta, viza dəstəyi və digər sənədlərin hazırlanması;
- Təhsil sərgilərinin və prezentasiyaların təşkilində iştirak.
Namizədə tələblər:
- Ali təhsil;
- Türkiyə, Avropa, USA və digər ölkələrin təhsil üzrə qəbul qaydaları və təhsili üzrə mükəmməl biliklərə malik olmaq;
- İngilis dili vacibdir (yazı, danışıq bacarığı);
- Rus dili arzuolunandır;
- Minimum 2 il iş təcrübəsi;
- Müştərilərlə ünsiyyət bacarığı;
- Araşdırma və analiz qabiliyyəti.
İş qrafiki:
- 6 günlük iş rejimi;
- Həftədə 1gün istirahət.
Əmək haqqı: 700-1000 AZN +satışdan 10%.
İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz.
Tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini “Xaricdə təhsil üzrə mütəxəssis” başlığı ilə elektron poçtuna göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...