Qısa məzmun
NewCond LLC Xarici iqtisadi əlaqələr üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Nyukond şirkətinə, İsitmə, Soyurma və Havalandırma Sistemlərinin (HVAC) təchizatı üçün Xarici iqtisadi əlaqələr üzrə menecer vakansiyasına işçi tələbə olunur:
İş barədə məlumat:
- İllik satınalma planının hazırlanması;
- Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirilməsi və idarə edilməsi; təchizatçıların və xidmət təminatçılarının Əsas Siyahılarının hazırlanması və təchizatçı məlumat bazasını təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Gömrük rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması, ixracatın rəsmiləşdirilməsi;
- Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
- Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;
- Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlilini (müqayisəli təhlil) aparılması; müqayisəni göstərən sənədin yaradılması.
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi; satınalma sifarişlərinin hazırlanılması və Müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi.
- Ehtiyyat hissələrin, avadanlıqların və s. vaxtında alınmasının plaşlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;
Vəzifə ilə bağlı tələblər:
- Havalandırma, isitmə, soyutma sistemləri (HVAC systems) üzrə az da olsa iş təcrübəsinin və müvafiq biliklərin olması üstünlükdür;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
- MS Office (MS Word, MS Excell, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
- Xarici ölkələrə ezamiyyələrə hazır olması;
- Yaş həddi: 25-40.
Əlavə məlumat
- Əməkhaqqı: 1500 AZN
- Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatı: 09.00-18.00
Şəkilli CV lərinizi office@newcond.az elektron ünvana Xarici iqtisadi əlaqələr üzrə menecer başlığı ilə göndərməniz xahiş olunur .
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...