Qısa məzmun
Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr, Reklam və ya Jurnalistika üzrə arzuolunandır)
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili və rus dili (arzuolunandır)
- Kompüter bilikləri: Microsoft Office (əlavə olaraq dizayn proqramlarını bilməsi arzuolunandır)
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;
Vəzifə öhdəlikləri:
- Şirkətin ictimai əlaqə strategiyaları, şöbənin plan və proqramlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, təklif və təşəbbüslərlə çıxış etmək;
- PR kampaniyalarına dair təkliflər vermək, keçirilən kampaniyaların nəticələrini təhlil etmək;
- Press-relizlər, məqalələr, reklam mətnləri yazmaq;
- İctimaiyyətlə əlaqələr şöbəsinin faəliyyətinin sosial şəbəkələrdə işıqlandırılması üçün sosial media mütəxəssisləri ilə qarşılıqlı şəkildə çalışmaq;
- Şirkətin KİV-də və sosial mediadakı paylaşımlarına, eləcə də korporativ sayt və nəşrlərindəki mətnlərinə nəzarət etmək, mütəmadi media monitorinqi aparıb hesabatlar hazırlamaq;
- Media siyahılarını və əlaqə məlumatlarını sistemli şəkildə mütəmadi olaraq yeniləmək;
- Rəqiblərin və analoji qurumların fəaliyyətini araşdırmaq və izləmək;
- Şirkətin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq məlumatların (mediada xəbər və açıqlamalar, sosial şəbəkə paylaşımları, foto, video, audio və s.) izlənməsi və arxivləşdirilməsini təmin etmək;
- Şirkətin rəhbər şəxsləri və nümayəndələrinin mətbuat konfransı və brifinqlərinin keçirilməsini təşkil etmək;
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis” yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...