Qısa məzmun
Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Xarici kommunikasiyalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.
Vəzifə öhdəlikləri:
- Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press- relizlərin və digər sənədləri hazırlamaq;
- Marketinq tədirlərinin PR planlarının hazırlanmasında iştirak etmək;
- Mətbuatın monitorinqi və aidiyyatı xəbərlərin toplanmasını təşkil etmək;
- Şirkətin Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə yardımçı olmaq;
- PR layihələri ilə bağlı video və foto çəkilişlərinin təşkili və idarə edilməsi;
- Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (Marketinq, Jurnalistika üzrə arzuolunandır)
- İş təcrübəsi: müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili: Yaxşı səviyyədə;
- PR layihələrin idarə edilməsi sahəsində təcrübəyə sahib olması arzuolunandır;
- Kompüter bilikləri: MS Office (Word, Excel yaxşı səviyyədə);
- Mükəmməl yazı, redaktə və korreksiya etmə bacarıqları vacibdir;
- Təşkilati, layihə və vaxtın idarəedilməsi və planlama bacarıqları.
Əlavə təminatlar:
- Nahar;
- Servis xidməti;
- Korporativ nömrə
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici Kommunikasiyalar üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...