Qısa məzmun
Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (Marketinq, İctimaiyyətlə əlaqələr, Reklam və ya Jurnalistika üzrə arzuolunandır)
- Azərbaycan dili qrammatikası mükəmməl səviyyədə
- Kompüter bilikləri: MS Office (əlavə olaraq dizayn proqramlarını bilməsi arzuolunandır)
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;
Vəzifə öhdəlikləri:
- Şirkətin ictimai əlaqə strategiyaları, şöbənin plan və proqramlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, təklif və təşəbbüslərlə çıxış etmək;
- PR kampaniyalarına dair təkliflər vermək, keçirilən kampaniyaların nəticələrini təhlil etmək;
- Press-relizlər, məqalələr, reklam mətnləri yazmaq;
- İctimaiyyətlə əlaqələr şöbəsinin faəliyyətinin sosial şəbəkələrdə işıqlandırılması üçün sosial media mütəxəssisləri ilə qarşılıqlı şəkildə çalışmaq;
- Şirkətin KİV-də və sosial mediadakı paylaşımlarına, eləcə də korporativ sayt və nəşrlərindəki mətnlərinə nəzarət etmək, mütəmadi media monitorinqi aparıb hesabatlar hazırlamaq;
- Media siyahılarını və əlaqə məlumatlarını sistemli şəkildə mütəmadi olaraq yeniləmək;
- Rəqiblərin və analoji qurumların fəaliyyətini araşdırmaq və izləmək;
- Şirkətin və şöbənin fəaliyyəti ilə bağlı müvafiq məlumatların (mediada xəbər və açıqlamalar, sosial şəbəkə paylaşımları, foto, video, audio və s.) izlənməsi və arxivləşdirilməsini təmin etmək;
- Şirkətin rəhbər şəxsləri və nümayəndələrinin mətbuat konfransı və brifinqlərinin keçirilməsini təşkil etmək;
Əlavə təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə ilə təmin edilmə;
- Servis şirkət tərəfindən təmin edilir;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici kommunikasiyalar üzrə aparıcı mütəxəssis” yazaraq cv@oba.az ünvanına göndərmələri və ya formu (https://hr.oba.az/vakansiyalar/xarici-kommunikasiyalar-uzre-mutexessis) doldurmaları xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...