Qısa məzmun
Javiddo Group Xarici ölkələr üzrə satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Javiddo Group olaraq məhsullarımızın satışını həyata keçirəcək və şirkətimizi beynəlxalq bazarda tanıdacaq xarici ölkələr üzrə satış meneceri axtarırıq.
İş barədə məlumat:
- Satış strategiyaları və hədəf bazarlar üzrə araşdırmaların aparılması və təhlillərin təmin edilməsi
- Beynəlxalq bazara giriş strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsi
- Potensial müştəriləri və biznes tərəfdaşlarını müəyyən edərək əməkdaşlıq və satış imkanları yaratmaq
- Satış proseslərini və əməliyyat mərhələlərini idarə etmək
- Müştəri əlaqələrinin gücləndirilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi
- Sektor dinamikasını və rəqibləri təhlil edərək hədəf auditoriyaya və marka dəyərlərinə uyğun onlayn satış strategiyalarının müəyyən edilməsi
- Rəqabət təhlili aparmaqla şirkətin rəqabət mövqeyini gecləndirmək
Namizədə tələblər:
- Ən azı 5 il beynəlxalq satış təcrübəsinin olması (B2B iş modelində təcrübəsi olanlara üstünlük veriləcəkdir)
- Beynəlxalq münasibətlər, Beynəlxalq İqtisadi Münasibətlər və ya Regionşünaslıq ixtisası üzrə ali təhsil
- Rus, İngilis dillərində yüksək səviyyədə yazı və danışıq bacarığı (əlavə dil bilikləri üstünlükdür)
- Gömrük qanunvericiliyi, logistika və beynəlxalq ticarət üzrə biliklərə malik olmaq
- Ünsiyyət və komandada işləmək bacarığı
- Rəsmi görüşlər keçirmək və beynəlxalq yazışmalar etmək bacarığı
- Analitik düşünmə və problem həlletmə bacarığı
- Məqsəd və nəticəyönümlü yanaşmaya sahib olmaq
- Məsuliyyətli, operativ olmaq
- Çoxsaylı tapşırıqlar və məhdud zaman gərginliyi altında işləmə bacarığı
İş şəraiti:
- İş saatı: Həftə içi 5 gün, saat 09:00 – 19:00
- Nahar fasiləsi: 13:00 – 14:00. Nahar şirkət tərəfindən qarşılanır
- İstirahət günü: Şənbə – Bazar
- İş ünvanı: Xırdalan dairəsi, Aşıq Şəmşir küç, 51
- Əmək Haqqı: 1300-1600 AZN + satışa görə bonus (Namizədin bilik və bacarıqlarına görə dəyişə bilər)
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Xarici ölkələr üzrə satış meneceri” qeyd etməklə info@javiddo.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...