Qısa məzmun
Agro-West DC LLC Xarici Satınalma Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Xarici təchizat şirkətləri ilə danışıqların aparılması.
- Daxili və Xarici bazarların araşdırılması,etibarlı,peşəkar,sağlam podratçı,və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi.
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırılması;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Sənəd dövriyyəsinin operativ və düzgün təşkili
- Alınacaq malların keyfiyət və spesifikasiyalarının uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq;
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək;
- Görülən işlərin təhvil təslim aktının hazırlanması;
- Tələb olunan malların/xidmətlərin alışını müvafiq ERP proqramında (1C) düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək;
- Alışların ümumi məlumatlar bazasına işlənməsi,
- Alınan malların qəbulu və düzgünlüyünə nəzarət;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması;
- Şirkəin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektlik və məxfiliyin qorunması
Namizədə Tələblər.
- Təhsil : Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar
- ixtisaslar )
- Təcrübə: Minimum 1-3 il (FMCG sahədə 1 il )
- Dil bilikləri: Azərbaycan Dili , Rus dili (mütləqdir) İngilis dili ( arzuolunandır)
- İT üzrə biliklər: Microsoft Office(Excell,Word,Powerpoint və 1C)
Texniki Bacarıqlar
- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumatlı olmaq.
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması.
Səriştəlik
- Məsuliyyətli,disiplinli,açıq fikirli
- Güclü analitik qabiliyyətlər, problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik, Qərar almaq və İcra etmək
İş Şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00 – 18:00;
- Əmək haqqı: Müsahbə əsasında təyin olunacaq;
- Ünvan: Bakıxanov qəs. B.Bünyadov küç
Maraqlanan Namizədlər CV formalarını mövzu yerinə “Xarici Satınalma Mütəxəssisi” yazaraq hr@agrowestdc.az ünvanına göndərə bilərlər.