Qısa məzmun
Agro-West DC LLC Xarici Satınalma Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Təhsil : Ali ( İqtisadiyyat, Menecment, Tədarük zəncirinin idarəedilməsi və s əlaqədar ixtisaslar )
- Təcrübə: Minimum 1-3 il (FMCG sahədə 1 il )
- Dil bilikləri: Azərbaycan Dili , İngilis dili , Rus dili(mütləqdir)
- İT üzrə biliklər: Microsoft Office(Excell,Word,Powerpoint və 1C)
Texniki Bacarıqlar:
- Dövlət Satınalmaları və Tender proseslərini, habelə müvafiq qanunvericilik bazasını bilmək.
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumatlı olmaq.
- Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması.
Səriştəlik:
- Məsuliyyətli,disiplinli,açıq fikirli
- Güclü analitik qabiliyyətlər, problem həll etmə və əməkdaşlıq bacarıqları
- Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq, təqdimat etmək bacarıqları
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Operativlik, Qərar almaq və İcra etmək
Vəzifə Öhdəlikləri:
- Xarici təchizat şirkətləri ilə danışıqların aparılması
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi;
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırılması;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili;
- Alınacaq malların keyfiyət və spesifikasiyalarının uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq;
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək;
- Görülən işlərin təhvil təslim aktının hazırlanması;
- Tələb olunan malların/xidmətlərin alışını müvafiq ERP proqramında (1C) düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək;
- Alışların ümumi məlumatlar bazasına işlənməsi,
- Alınan malların qəbulu və düzgünlüyünə nəzarət;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması;
İş Şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 08:00-17:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Əmək Haqqı:1000-1200 AZN
- İş ünvanı: Bakıxanov q .B.Bünyadov küç
Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “Xarici Satınalma Üzrə Mütəxəssis” yazaraq hr@agrowestdc.az mail ünvanına göndərə bilərlər.