Qısa məzmun
Elberg MMC Xarici satınalma (texniki təchizat) mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təmininin həyata kecirməli;
- Avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət etməsi.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: şənbə və bazar günü.
- İş yeri- Bakı ş., Azərbaycan (baş ofis)
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Yaş həddi: 25-45
- Təhsili: Ali
- Xarici satinalmada iş təcrübəsi: minimum 3 il.
- Dil bilikləri:Azərbaycan və Rus sərbəst, İngilis arzuolunandır
- Kompüter biliyi: MS Office, Internet Explorer.
- Xarici satınalma və təchizat sahəsində təcrübə mütləqdir (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
- Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməli;
- Satınalma sənədlərinin hazırlanma bacarığına sahib olmalı;
- Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
- Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarını bilməsi;
- Xarici logistikanı bilməli;
- Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə bacarığı olmalı;
- Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı.
Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...