Qısa məzmun
Fostanpak MMC Xarici satınalma üzrə mütəxəssis vəzifəsi vakansiya elan edir.
Tələb və öhdəliklər:
- Yalnız bəy namizədlər;
- Ali təhsilli;
- 1-3 ilə qədər iş təcrübəli;
- Yaş 21-30;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- İnkişafa meyilli;
- Dil bilikləri: Azərbaycan və Rus (mükəmməl), İngilis (əla);
- Satınalma üzrə tapşırıqların yerinə yetirilməsi;
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı;
- Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi;
- Mövcud bazarın və rəqiblərin analizi;
- Aylıq hesabatın verilməsi;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır;
- İş qrafiki 5 gün 9:00-18:00, şənbə günü 9:00-15:00, bazar günü istirahət;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək
CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.
CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində vakansiyanın adını mütləq qeyd edin.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini göndərmələri və e-mailin mövzu hissəsində mütləq vakansiyanın adını yazmaları tələb olunur. Uyğun namizədlər ilə əlaqə saxlanılacaq.