Qısa məzmun
ATEF Şirkətlər Qrupu Xarici satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 800-1000 AZN
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat:
- Açılan sifarişləri vaxtında və dəqiq yerinə yetirmək;
- Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirmək;
- Partnyor şirkətlərin məlumat bazasını yaratmaq;
- Sifariş üzə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqatlar aparmaq və nəticələr barədə hesabat hazırlamaq;
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqlar aparmaq;
- Qiymət araşdırması etmək və tenderləri həyata keçirmək;
- Avadanlıq və mal-material tədarükçülərinin axtarışını təşkil və təhlil etmək;
Tələblər:
- Ali təhsilli;
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Xarici satınalma ilə bağlı 1-3 il iş təcrübəsi olmalı;
- MS Office ( Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
- Yaş həddi 25-45;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Xarici satınalma mütəxəssisi” Mövzu bölməsində göstərin
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...