Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Mətanət A Xarici satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilməsi mütləqdir
İşin təsviri:
- Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təmininin həyata kecirilməsi;
- Avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və Bazar günü.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
Tələblər:
- Yaş həddi: 25-45
- Təhsili: Ali təhsilli.
- İş təcrübəsi: Minimum 3 il.
- Dil bilikləri:Azərbaycan dili sərbəst, İngilis dilini bilməsi mütləqdir, Rus dilini bilənlərə üstünlük verilir.
- Kompüter biliyi: Word, Excell, Internet Explorer.
Tələblər:
- Xarici Satınalma və təchizat sahəsində təcrübə mütləq(texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
- Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
- Satınalma sənədlərinin hazırlanma qabiliyyəti;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Gömrüklə işləmə təcrübəsi; gömrük rəsmiləşdirilməsi qaydalarının bilməsi;
- Xarici logistikanın əsas bilikləri;
- Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Satınalma üzrə Mütəxəssis
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Tender üzrə mütəxəssis
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalma üzrə təcrübəçi
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Daxili satınalma üzrə mütəxəssisBaşak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...