Qısa məzmun
Karvan – L şirkəti Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Lazımi materialları / xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Logistikanın təşkili üçün qiymət araşdırılması
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatların hazırlanması
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsiSatın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
- Struktur bölmələrdən daxil olan satınalma sifarişlərinin vaxtında və tələb olunan keyfiyyətdə icrasını təmin etmək
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edir
- Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reysterinin aparılmasını, davamlı olaraq monitorinq olunmasını təmin etmək
- Təchizat müqavilələri və sazişləri üçün risklərin idarə edilməsini həyata keçirmək
- Faydalı şərtləri təmin etmək üçün xarici və daxili satıcılarla danışıqlar aparmaq
- Təchiz olunan malların və xidmətlərin keyfiyyətinə nəzarət etmək
- Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərini təqdim etmək
- Satınalma prosesində yarana biləcək çətinliklərin / uyğunsuzluqların aradan qaldırılması və ya bu istiqamətdə işlərin koordinasiyası
- Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin etmək
- Mövcud sifarişlər və tədarük əlaqələri haqqında araşdırma aparmaq
- Mallar, materiallar, komponentlər və ya xidmətlər üzrə müəyyən edilmiş qiymət, keyfiyyət və çatdırılma hədəflərinə uyğun olaraq satınalmanı həyata keçirtmək
- Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparmaq
- Alışların aylıq analizləri və hesabat formasının hazırlanıb təqdimatı
Namizədə tələblər:
- Şirkət elmi istehsalat sahəsi olduğu üçün, texniki kimya və loğistika sahəsində təcrübəli namizədlərin olması üstünlükdür
- Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
- İş təcrübəsi əlaqəli sahədə 3 ilə qədər
- İngilis, Rus və Azərbaycan dillərini (şifahi və yazılı) mükəmməl bilmə
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
- Komanda ilə işləmək bacarığı
- Analitik düşünmə və komanda ilə işləmə bacarığı
- Analiz və idarəetmə bacarığı
- Xanım namizədlərə üstünlük verilir.
- AR üzrə sənədləşmə
- 5 günlük iş qrafiki, ünvan:, Babək prospekti
Əmək haqqı: 800-1500 AZN (təcrübəyə görə dəyişir)
Maraqlanan namizədlər mövzu yerində “Xarici Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini göndərə bilərlər.
Əlaqə nömrəsi; 055 493 70 04 Leyla x.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...