Qısa məzmun
Veliev şirkəti Xarici satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və Öhdəlikləri:
- Xarici bazar payınının genişləndirilməsi istiqamətində satış stratejiyasının və əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi;
- Bütün növ plastik qapı və pəncərə profillərinin və aksesuarlarının xarici bazarda kommersiya fəaliyyəti işlərinin təşkil edilməsi;
- Məhsul çeşidi və ölkə baxımından yeni bazarların axtarışı, dəyərləndirilməsi, satışın təşkili və inkişafı;
- Mövcud xarici tərəfdaş və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
- İxrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər tərtib və təqib etmək;
- İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
- Şirkəti xarici işgüzar tədbirlərdə, sərgilərdə təmsil etmək.
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması, güclü və uzunmüddətli müştəri əlaqələrinin təşkili və qorunub saxlanması;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Xarici satış fəaliyyəti barədə statistik hesabatların və satışın artırılması istiqamətində xarici tərəfdaş və müştərilər üçün təqdimatların tərtib edilməsi;
- Müasir satış kanalları və satış imkanlarını tətbiq etmək və inkişaf etdirmək;
Biliklər:
- Ali təhsil – Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir;
- Dil bilikləri – Azərbaycan, Rus dillərində səlis danışıq, İngilis dili əlavə üstünlükdür;
- Proqram – Microsoft Office;
Təcrübə:
- Müvafiq sahə üzrə 2 ildən çox
Bacarıqlar:
- Yüksək ünsiyyət və davranış bacarığı;
- Dəqiqlik və dürüstlük;
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təqdimat və təsiretmə bacarığı;
Əmək şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 Oktyabr tarixinədək emailin mövzu hissəsində “Xarici satış üzrə mütəxəssis” qeyd edərək Hr@veliev.az elektron ünvanına göndərə bilərsiz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...