Qısa məzmun
Ə/h 500-700 AZN + bonus. Granit AS Travel Xarici turlar üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş Barədə Məlumat
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup tur paketlərin hazırlanması
- Xarici və daxili partnyorlar ilə əlaqələrin qurulması
- Hotellərin və aviabiletlərin bronlaşdırılması
- Viza anketlərinin doldurulması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması.
- İnfoturlarda və təqdimatlarda iştirak etmək
- Gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim olunması
- Marketinq araşdırması. Turlar üçün təkliflərin hazırlanması
- Aylıq büdcə ilə korporativ mobil nömrə.
Namizədə Tələblər
- Ali təhsil
- İxtisas üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi (keçmiş iş yerlərindən tövsiyələr tələb olunur)
- Yaş həddi 22-40 arası
- Satış bacarıqları (telefonla, ofisdə, elektron poçtla, korporativ müştərilərə satış, VIP)
- Hotellər, kurortlar və sanatoriyalar haqqında biliklər
- Azərbaycan, rus və ingilis dillərini yaxşı şifahi və yazılı bilmək
- Kompüter proqramlarını bilmək: MS Office, Outlook
- Məsuliyyətlilik, operativlik və məqsədyönlülük
- Komandada işləmək və məsuliyyət daşımaq bacarığı
- Səyahət və təhsil vizaların alınmasında iş təcrübəsi (Şengen ölkələri, Böyük Britaniya, Amerika, Kanada və.s.)
- Aviabilet bronlaşdırma sistemləri (Amadeus və s.) ilə işləmə bacarığı olanlara üstünlük verilir
İş saatı 10:00-19:00 (I-V günlər), 10:00-16:00 (VI gün)
Əmək Haqqı: 500-700 AZN + bonus (25%-ə qədər mənfəətdən komissiya)
Qeyd: Əmək Haqqı namizədlərin bilik və bacarıqlarına görə təyin olunur.
Uyğun namizədlər CV-ləri Outgoing Manager başlığı ilə hr@granitas.az elektron ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...