Qısa məzmun
Selfie Travel Xarici turlar üzrə tur meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması,
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması,
- Otellərin bronlaşdırılması,
- Sığorta yazılması,
- Viza dəstəyi xidmətinin göstərilməsi,
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması,
- Mövsümi və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi,
İş saatları:
- Bazar ertəsi – şənbə günü 10:00-dan 19:00-dək;
- Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir,
- (700-1500 azn ) + bonus (namizədin təcrübəsinə görə maaşa individual baxıla bilər).
Tələblər:️
- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq,(Təcrübəsi olmayanlara işi öyrədirik )
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili arzuolunandır)
- Kompüterdə işləmək, internetdən aktiv istifadə və sürətli axtarış bacarığı,
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq,
- İşgüzar yazışmaların aparılması,
- Gülərüz və özünə qarşı tələbkar olmaq,
- Məsuliyyətli və diqqətli olmaq,
- Vaxtın idarəolunması bacarığına sahib olmaq,
- Komandada işləmə qabiliyyətinə malik olmaq.
CV formasını göndərməyiniz xahiş olunur. Seçilən namizədlər ilə əlaqə yaradılaraq görüş günü təyin ediləcəkdir.
Ünvan: Caspian plaza ,Cefer cabbarli 44
Əlaqə nömrəsi: +994 55 570 32 34
#Qeyd: Rus dilin yaxşı bilməyənlər CV göndərməsinlər, qəbul olunmayacaq.