Qısa məzmun
Royal Concierge Xarici turlar və Bilet satışı üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması,
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması,
- Otellərin bronlaşdırılması,
- Bütün istiqamətlərdə bilet yazılması
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması,
- Mövsümi və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi,
İş saatları: Bazar ertəsi – Cümə günü 10:00-dan 19:00-dək;
Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir,
Tələblər:
- Tur menecer kimi turizm sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dili arzuolunandır)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq,
- İşgüzar yazışmaların aparılması,
- Məsuliyyətli və diqqətli olmaq,
- Vaxtın idarəolunması bacarığına sahib olmaq,
- Komandada işləmə qabiliyyətinə malik olmaq.
CV formasını e-mail ünvanına göndərməyiniz xahiş olunur. Seçilən namizədlər ilə əlaqə yaradılaraq görüş günü təyin ediləcəkdir.
Suallarınız yaranarsa mesaj bölməsindən bizə yazmağınız və ya +994 50 211 47 72 nömrəsi ilə əlaqə yaratmağınız mümkündür.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...