Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MOGAN Hotel Xərclər üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə olmalıdır.
Əsas Öhdəliklər :
- Təchizat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
- Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
- Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
- Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
- Verilən mallar üçün prosedura və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
- Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
- Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
- Həftə əsasında Qida və İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq
- Menyuda olan qida və içkilərin kalkulyasiya edilməsi
- Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqlar barədə Maliyyə Şöbəsinin Müdirinə məlumat vermək.
Tələblər :
- Təhsil: Bakalavr, maliyyə, audit
- Dil bilikləri: Rus-yaxşı, İngilis-orta
- Restoran və mehmanxanaya aid olan program təminatları ilə işləmək bacarıqları
- Yaş: 25-40
- Restoran və mehmanxana səhəsində 1-3 il təcrübə
Əlavə məlumat:
- AR Əmək məcəlləsinə uyğun olaraq işə qəbul
- 6/1 iş qrafiki. 09:00-17:00, bir gün isə 09:00-15:00
- Əmək haqqı razılaşma yolu ilə.
Maraqlanan namizədlər, mövzu yerində “Xərclər üzrə nəzarətçi” yazaraq, öz CV-lərində gözlənilən əmək haqqını qeyd edərək, recruitment@moganhotels.com e-poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...