Qısa məzmun
Zeta Group şirkəti Xərclər üzrə Nəzarətçi (Cost Controller) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 20-40
- Təhsil: Ali olması üstünlükdür.
- İş təcrübəsi: minimum 1 il iş təcrübəsi. (anbar-istehsal sahəsində olması üstünlükdür)
- Dil bilikləri: Azərbaycan (əla), Rus və inglis dili bilikləri üstünlükdür
- Kompyuter bilikləri: MS Excel (əla), 1С (işləmə məntiqi barədə anlayışı olan)
Şəxsi keyfiyyətlər:
- Yüksək riyazi və məntiqi təfəkkür
- Analiz etmə bacarığı
- Dəqiqlik və diqqətlilik
- Komandada işləmə bacarığı
- Maliyyə hesabatçılıq qabiliyyəti
Əsas vəzifə öhdəlikləri:
- Yeməkxanın satışlarının sistemə daxil edilməsi (1C ERP Sistem)
- Xüsusi hazırlanmış cədvəldə aylıq xərclər üzrə hesabatın hazırlanması
- Mətbəx və bar nöqtələrində satılan mallarının gündəlik yoxlanışı
- Həmin satışların proqram vasitəsilə restoran üzrə silinməsi
- Yeməkxananın xərclər üzrə hesabatın gündəlik hazırlanması
- İstifadəyə yararsız malların yoxlanılması, aktlaşdırılması və sistemdən silinmə əməliyyatın yerinə yetirilməsi
- 1C ERP sistemində dövriyyənin yenilənməsinə nəzarət
- Anbardan işçi yeməkxanasına istifadə edilən malların sistemə daxil edilməsi
- Aylıq mətbəx və barların mal sayımında iştirak etmək və sayılmış malların sistemə daxil edilməsi
- Düzgün məhsul/xidmətlərin gözlənilən maya dəyəri ilə alındığından əmin olmaq üçün fakturaların təhlil edilməsi
- Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
- Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
- Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək.
İş şərtləri:
- İş vaxtı 09:00 – 18:00 (zərurət yarandıqda qeyri – iş vaxtı tapşırıqlar verilə bilər)
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir
Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...