Qısa məzmun
Ricon MMC Xərclərə nəzarət üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
- Layihələr üzrə büdcəyə nəzarət
- Layihələr və məhsullar/xidmətlər üzrə xərclərin/maya dəyərinin formalaşdırılması, inzibati xərclərin bölgüsü əsaslarının hazırlanması
- Materialların alınması və istifadəsinə nəzarət
- Tikinti və təmir büdcələrinin cari xərclərlə müqayisəsi, kənarlaşmaları tapmaq və bu kənarlaşmaları izah etmək.
- Podratçıların xərclərinə nəzarət etmək
- Gündəlik hesabatların yoxlanması;
- Pul axınının hərəkət hazırlanması və izlənməsi
- Xərclərin bölüşdürülməsi, büdcəyə uyğunluğuna nəzarət
- Büdcə və faktiki rəqəmlər üzrə yaranmış kənarlaşmaların araşdırılması və bunlarla bağlı aylıq, rüblük və illik hesabatların təqdimatı
- Büdcənin hazırlanması prosesində yaxından iştirak
- Xərclərin optimizasiyası və səmərəliliyin artırılması istiqamətində daima təkliflərlə çıxış etmək
- Xərclər hesabatının hazırlanması və izlənməsi
- Büdcə və pul axınının analizi və hesabatı
- Qiymət məlumat bazasının hazırlanması və izlənməsi
- Müqavilələr üzrə təhlil və hesabatlar
- Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların hazırlanması
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- 1C sistemində işləməyi mükəmməl səviyyədə bacarmalı;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
- İş qrafiki 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...