Qısa məzmun
Puva Construction Xəritə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
- Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
- Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
- Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsini təmin etmək;
- Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
- İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
- Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
- Zəruri hesabatların hazırlanmasını təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
Namizəddən tələblər
- Ali təhsil: Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə (su,kanalizasiya və yol tikintisi) minimum 5 il iş təcrübəsi.
- Kompüter bacarıqları: ArcGIS ,QGis, Erdas, Autocad, MS Office
İş Şərtləri
- İş yeri: Sumqayıt şəh.
- İş qrafiki: I -V günlər
- İş saatı: 09:00-dan 18:00-a
- Koorporativ nömrə ilə təmin olunur.
- Əmək haqqı: Namizəddən asılı olaraq razılaşma yolu ilə.
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Xəritə mühəndisi” adını qeyd edərək hr@puvainsaat.com ünvanına CV-ni göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...