Qısa məzmun
Gloria Jean’s Coffee Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Gloria Jean’s Coffee şəbəkəsində hal-hazırda Stüart, Barista və Xəzinadar tələb olunur.
Vəzifə öhdəlikləri:
- Satış vitrininin təmizliyinə və anbar, menyudakı məhsulların mövcüdluğuna cavabdeh olmaq
- Məhsulların satışının həyata keçirmək və ödəniş əməliyyatlarını icra etmək
- Brendin standartlarına uyğun olaraq müştərilərə xidmət etmək.
- Həftənin günlərindən asılı olaraq məhsulları düzgün miqdarda və çeşidlərdə sifariş etmək
- Brendin standartlarına uyğun olaraq məhsulları təqdim etmək
- Malların FiFo (birinci alınan birinci satılır) prinsipinə uyğun olaraq istifadə olunmasına riayət etmək.
- Məhsulların silinmələr kitabında vaxtında və düzgün qeydiyyatını aparmaq
- Mərkəzi anbardan kafe anbarlarına malların göndərilməsi, qəbulu və düzgün formada yığılmasında iştirak etmək
- Məhsullarla iş və xidmət zamanı bütün gigiyena qaydalarına riayət etmək
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq
Əsas tələblər:
- İxtisas / Təhsil:
- Bakalavr dərəcəsi arzuolunandır
- Təcrübə:
- Müvafiq sahədə 1 il təcrübə arzuolunandır
- Professional biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl
- MS Office Proqramlarını bilmək arzuolunandır
- Professional bacarıq və kompetensiyalar:
- Komandada işləmə
- Ünsiyyət bacarıqları
- Təzyig altında işləmə
- Satış bacarıqları
Vakansiyalar ilə maraqlanan namizədlərdən CV-lərini recruitment@fbco.az e-mail ünvanına , mövzu hissəsində vakansiya adını qeyd edərək göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Togas Tekstil Evi Satıcı - konsultant / məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Merçandayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
ОБЯЗАННОСТИ: • Общение с клиентами и презентация товаров • Предоставление клиентам полной ...
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Məsləhətçisi (Mebel-tekstil) ...