Qısa məzmun
Zeta Group-Xəzinədar (The Entertainer oyuncaq mağazası) vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Port Baku mall
İş barədə məlumat:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək
- Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləyib, nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
- Yaranan problemlərlə bağlı mağaza rəhbərliyinə müraciət etmək
Namizədə tələblər:
- Yaş: 20-35 yaş arası namizədlər
- Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq
- Kassir kimi ən azı 1 il təcrübə
- 1C satış bölməsində sərbəst işləmək
- Komandada işləmə bacarığı
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
İş şərtləri:
- İş vaxtı: Növbəli qrafik əsasında 8 saatlıq iş rejimi (Nahar fasiləsi verilir)
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Əmək haqqı: 500 AZN
- Şirkət tərəfindən Uniforma verilir
Təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Böyük komandanın üzvü olmaq
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xəzinədar ” yazaraq hrm@zeta.az email ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...