Xəzinədar (Naftalan)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Garabag Resort & SPA Xəzinədar (Naftalan) vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Mehmanxananın bütün gündəlik  nəğd ödəniş çeklərini qəbulu. 
  • Mehmanxananın Gündəlik Kassa (Nəğd hesablaşmalar) Hesabatının hazırlanması.
  • Nəğd maaş ödənişləri və mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişləri etmək, daxili siyasət və proseduralarına uyğun şəkildə təşkil etmək.
  • Mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişlərin düzgün yerinə yetirilməsinə nəzarəti təşkil etmək və təsdiqedici sənədlərlə birlikdə hesabatını hazırlayıb təqdim etmək.
  • Şöbələrin Gündəlik Kassa və Nəğd hesablaşmalarının fiziki auditini təşkil etmək. 
  • Fidelio, Karmet və Micros sistemləri arasında bütün nəğd ödənişlərinin düzgün qeydiyyatını nəzarətini təşkil etmək, fərqlərin olduğu aşkarlanarsa vaxtında düzəlişlərin edilməsini təmin etmək. 
  • Ay sonu proseduralarına riayət və kömək etmək. 
  • Öz fəaliyyət sahəsində arxivin bütün müvafiq sənədlərlə birlikdə düzgün şəkildə qoruyub saxlamaq və yeniləmək.
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək

Namizədə qarşı tələblər:

  • Maliyyə sahəsi üzrə ali təhsili
  • Xəzinədar vəzifəsində iş təcrübəsi
  • Rus dili
  • İngilis dili (arzu olunandır)
  • Excel yaxşı səviyyədə (Formullarla işləmək bacarığı)

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki həftənin 5 günü
  • İş saatı: Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi,
  • Bakı-Naftalan istiqamətində həftədə 1 dəfə gediş gəliş
  • Qalmaq üçün yer və qidalanma otel tərəfindən təmin olunur.
  • Əmək haqqı 500-600 AZN (NETT)
  • Naftalan şəhəri və şəhərə yaxın ərazidə olan namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Xəzinədar” yazaraq göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Mühasib köməkçisi

Turban Moda Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Turban Moda

28.03.2025 - Bakı

701₼
Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

19.03.2025 - Bakı

Commercial Analyst

https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...

Agro Dairy LLC

14.03.2025 - Bakı

1₼
Maliyyə mütəxəssisi

AQA Şirkətlər Qrupu Maliyyə mütəxəssisi vakansiyasını elan edir. ...

AQA Şirkətlər Qrupu

14.03.2025 - Bakı

700₼
Kassir-operator

Pro Con İzo Kassir-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

13.03.2025 - Bakı