Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxaq Bankı Xidmət və keyfiyyət şöbəsinə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycan Beynəlxalq Bankı Filiallarla iş departamenti Xidmət və keyfiyyət şöbəsinə mütəxəssis vəzifəsinə vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- MXS-də göstərilən xidmət səviyyəsinin məsafədən və yerində müəyyən olunmuş meyarlarla ölçülməsi və qiymətləndirilməsi;
- MXS-də aparılan monitorinq və qiymətləndirmələrə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
- MXS ilə bağlı daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlərin aparılması;
- İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
- MXS-in iş şəraitinin qiymətləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərin görülməsi;
- MXS əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınamsı və araşdırılması
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil(riyazi və ya iqtisadi);
- Minimum 1 il bank sektorunda-maliyyə-hesabatlıq, filialda (əməliyyat, kredit və ya nəzarət) iş təcrübəsi;
- Ofis proqramlarında, xüsusi ilə yüksək excel bilikləri;
- Azərbaycan dili və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür)
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Yanvar 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “ Xidmət və keyfiyyət şöbəsinə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
ATB Bank Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...