Qısa məzmun
Ə/h 400 AZN. MSDIS Holding Yanacaq doldurma məntəqəsində operator vəzifəsi üzrə vakansiya elan edir.
MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.
İş barədə məlumat:
- Müştəriləri yanacaqla təmin etmək
- Yanacağın və əlaqəli malların satışı
- Verilən yanacaq müqabilində müştəridən vəsaiti qəbul etmək
- YDM ərazisinin təmiz saxlanılması üçün lazımı səyləri göstərmək
- Növbə başa çatdıqda növbəni təhvil vermək
Namizədə tələblər:
- Cins:kişi
- Yaş: 18-45
- Təcrübə: 0-3ay
- Məsuliyyət
- Ünsiyyət qurma bacarığı
- Diqqət
- Öyrənmə qabiliyyəti
- Dürüstlük
- Nəzakətlilik
- Komandada işləmə bacarığı
- Xidmət standartları, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunması
İş şəraiti:
- iş qrafiki: növbəli
- əmək haqqı: 400AZN
- iş yeri: Xırdalan və Mehdiabad
Maraqlanan namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-i e-mailin mövzu hissəsində “Operator – Xırdalan” və ya “Operator – Mehdiabad” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Dərzi vəzifəsi üzrə vakansiya elan edir. Tikiş maşınları ilə sərbəst işləmə bacarığı olmalıdır. ...
Mətanət A Usta üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Tort yığım ustası vəzifəsi üzrə vakansiya elan edir. ...