Qısa məzmun
Azərbaycan Hava Yolları Yerüstü Xidmət İdarəsi/Yerüstü xidmət təlimləri və logistika üzrə meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Hava gəmilərinə mərkəzləşdirilməsi və yüklənməsi qaydalarının beynəlxalq tələblərə uyğun təşkil olunmasına tədbirlər planını hazırlanması;
- IATA AHM 560/565 və digər sənədlərin işlənib hazırlanmasında bilavasitə iştirak etmək və bu sənədlərin hava gəmilərinə yerüstü xidməti həyata keçirən şirkətlərə çatdırılmasına nəzarət;
- Yerüstü Xidmət İdarəsi əməkdaşları üçün təlim proqramlarının hazırlanması, tətbiqi və o cümlədən, yeni işçilərin təlimi, dövri təlimlər və zərurət yarandıqda ixtisaslaşdırılmış təlimlərin təşkili;
- Aviaşirkətin zəruri logistik əməliyyatlarda iştirak, idarə sifarişlərinin həyata keçirilməsi və nəzarəti;
- Hava gəmilərinin mərkəzləşdirilməsi və yüklənməsinə dair yerüstü xidmət personalı üçün tədrisin həyata keçirilməsi və mərkəzləşdirmə və yüklənməni həyata keçiməyə icazə verən sertifikatların verilməsi.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Rus dili – Yaxşı;
- Sahə üzrə minimum 2 illik təcrübə;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş qrafiki
- 5 günlük iş rejimi, Saat: 09:00-18:00
İş Yeri
- Heydər Əliyev adına Hava Limanı
Oxşar vakansiya siyahısı:
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...