Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Yığım üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır.
“Optimal Elektronika” MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur.
“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Vakansiya: Yığım üzrə mütəxəssis
Tələblər:
- Təhsil: Ali;
- Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dilini bilənlərə üstünlük verilir;
- Kreditin yığımı, icra üzrə minimum 1 il təcrübəyə malik olmalıdır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Microsoft ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.
Əsas vəzifələr:
- Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması məqsədilə kreditə məhsul götürmüş şəxslərlə danışıqların aparılması;
- Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə kreditə məhsul götürən şəxslərlə görüşlərin təşkil edilməsi;
- Müştəri tərəfindən edilən ödənişlərə nəzarətin həyata keçirilməsi:
- Məhkəmə qətnamələrinin icrasını izləmək və lazımi sənədləri Ədliyyə Nazirliyinin aidiyyatı orqanlarına (idarə və şöbələrinə) təqdim etmək.
- Borcların ödənilməsinə dair hesabatların hazırlanması.
Biz Sizə təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Bilik və bacarığınıza əmək haqqı+ bonus;
https://jobs.talhunt.az/optimal/419-y%c4%b1%c4%9f%c4%b1m+%c3%bczr%c9%99+m%c3%bct%c9%99x%c9%99ssis
Son müraciət tarixi: 28.01.2021
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...