Qısa məzmun
Ə/h 2000-2500 AZN. Aztikintiyol Yol tikintisi üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Layihələri tərtib etmək üçün statistik məlumatları, yoxlama aktlarını, xəritələri, cizgiləri,sxemləri, ərazinin foto şəkillərini, eləcə də topoqrafik və geoloji məlumatları təhlil etmək;
- Layihənin həyata keçirilməsinin mümkünlüyünü müəyyən etmək məqsədi ilə material və avadanlığın sayını, sərfiyyatını, eləcə də insan əməyini qiymətləndirmək;
- Yol yatağı, beton, asfalt və ya poladın uyğunluğunu və möhkəmliyini müəyyən etmək üçün torpaq və materialları yoxlamaq;
- Yolun tikintisi üçün müəyyən edilmiş vaxt intervalı və hava şəraitinin münasibliyini yoxlamaq;
- Hazırlıq işlərinə başlamaq üçün yolun layihəsi və tikiliş cizgiləri haqqında ərazidə çalışan işçilərə aydın məlumat vermək;
- Yol tikintisi üzrə əməliyyatların ardıcıllığını layihənin planı və ekoloji tələblərə uyğun olaraq ərazidə çalışan işçilər ilə planlaşdırmaq və tətbiq etmək;
- Layihə, tikinti, proqram modifikasiyası və ya tikinti-təmir işləri ilə əlaqədar ərazidə çalışan işçilər və rəhbər personala texniki məsələlər ilə bağlı məsləhət vermək.
- Yolun tikilişi və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
- Müəssisənin təlimatlarına uyğun olaraq texniki xidmət üçün tələb olunan işçi, material və avadanlığı əlaqələndirmək, iş qrafikini planlaşdırmaq;
- Texniki tələblərə uyğun olaraq ərazinin ekoloji şəraitini əsas götürmək.
- Əməyin mühafizəsi üzrə tələblərə uyğun olaraq digərləri ilə ünsiyyət yaratmaq.
Namizəd barədə tələblər:
- Ümumi tələblər:
- Təhsil – Ali təhsil (Müvafiq sahə üzrə )
- Yaş həddi – 35-55
- Cins – kişi
- İş təcrübəsi: 3-5 il (müvafiq sahə üzrə)
- Dil bilikləri: Rus və İngilis dil biliyi üstünlükdür
Bilik və bacarıq:
- Yolların tikintisi və təmirinin yerli və ya müvafiq ölkə qanunvericiliyi, təhlükəsizlik norma və qaydaları (TN və Q). və müəyyən edilmiş təhlükəsizlik texnikasına uyğun əlaqələndirilməsi prosesi
- Yol tikintisi və texniki xidmət üzrə proseduralar
- Yolun layihələşdirilməsi və tikintisi ilə əlaqədar əsas xüsusiyyətlər
- Tapşırıqları tamamlamaq məqsədi ilə vaxtı qiymətləndirmək, ölçmək, o cümlədən hesablamaq üçün müvafiq riyazi bacarıqlar
- Hesablamalar, eləcə də iqtisadi nəticələr üzrə smetanın tərtib olunması üçün metodlar
- Təklif olunan ərazi, layihə və tikinti tələblərinin xərc və gəlirlər üzrə təhlilini, statik və ekoloji təsirini müəyyən etmək üçün hesablama bacarığı
- Problemləri və həll yollarını müəyyən etmək
- Layihəçəkmə və planlaşdırma
- Tikinti üzrə müasir alətlərdən istifadə etmək bacarığı
- İnformasiya texnologiyaları və kompüter proqramlarından istifadə
- Problemləri həll etmək bacarığı
- Vaxtı idarə etmək bacarığı
- Komandada işləmək bacarığı
İş şərtləri:
- İş qrafiki – 6 günlük
- Əmək haqqı – 2000 – 2500 AZN
- Nahar şirkət tərəfindən təmin edilirNamizədlərdən CV-ni mövzu yerində “Yol tikintisi üzrə mühəndis” qeyd etməklə hr@aztikintiyol.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
1200₼
Layihələrin idarə olunmasi üzrə koordinatorPRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Kimyəvi analizlər üzrə laborant
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Hazır məhsul müfəttişi
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
İstehsal üzrə növbə rəisi
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtomatika mühəndisi
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...