Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Yük avtomobili sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılır.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Yük avtomobili sürücüsü.
İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: 3-5 il.
Təhsil: Müvafiq sahə üzrə təhsil.
Yaş həddi: 25-45.
İşin Təsviri: Yük avtomobilini idarə edir və yüklərin zamanında lazımı məntəqələrə çatdırılmasını təmin edir.
Vəzifə öhdəlikləri:
- Yük avtomobilini idarə etmək , yükləri təyinatı üzrə daşımaq və tapşırılan yerlərə vaxtında və zərərsiz şəkildə çatdırmaq;
- Mağaza və müştərilərə satış faktura və ya transfer sənədinin bir nüsxəsini verdikdə ona təhkim olunmuş möhürlə sənədi təsdiq etmək;
- Ərazidə olduğu zaman ərazidə baş vermiş texniki nasazlıq, DYP tərəfindən yaranan nöqsanlar və avto qəzalar haqqında dərhal müdiriyyətə məlumat vermək;
- Ona həvalə edilmiş şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
- Sürücü sənədləri anbar məxarici sənədləşdirilməsi mütəxəssisindən təhvil alan zaman, təhvil – təslim aktı ilə sənədləri yoxlayıb təhvil almaq;
- İdarə etdiyi avtomaşına kosmetik baxış keçirmək, avtomaşının sənədlərini yoxlamaq, bakda yanacağın səviyyəsini yoxlamaq və digər yoxlanışları aparmaq.
Tələblər:
- Komanda ilə işləmək bacarığı;
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Minimum 3 il yük avtomobili sürücüsü vəzifəsi üzrə iş təcrübəsi;
- Müştərilərlə və kollektivlə ünsiyyət bacarıqları;
- Sərbəst ünsiyyət bacarığı;
- Müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Yük avtomobili sürücüsü” yazıb CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...