Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Premium Transport MMC Yükləyici operatoru vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və yataqxana ilə təmin olunacaqdır.
Namizədə olan tələblər:
- Hyundai və Volvo markalı yükləyicilərin və ekskavatorların operatoru kimi ən az 3 il iş təcrübəsi olmalı
- Müxtəlif xammal, material, ehtiyatlılıq tələb edən yüklərin yük maşınlarına yüklənilməsi, boşaldılması və yerləşdirilməsi;
- Yük maşınlarına xammal boşaltmaq üçün rahat gediş – gəliş yolunun hazırlanması;
- Yük maşınları tərəfindən daşınacaq xammalın gündəlik ehtiyatının hazırlanmasını təşkil etməli;
- Təhkim olunan texnikanın texniki vəziyyətinə nəzarət etməli, onun təhlükəsiz istismarının təmini üçün müstəqil olaraq zəruri işləri yerinə yetirməli;
- Təhlükəsizlik texnikası qaydalarına və Daxili Əmək İntizam Qaydalarına riayət etməli;
- Cavabdeh şəxs tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirməli.
- Yaş həddi 55 yaşa qədər
İş şəraiti:
- 6 günlük iş norması – 1 – 5 ci günlər 7 saat, 6 – cı günlər 5 saat
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Gündə 3 dəfə yemək ilə təmin olunma (növbələrdən asılı olaraq );
- Qanunvericiliyə uyğun sənədləşmə;
- Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
- İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavod ərazis
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Yükləyici operatoru” başlığı ilə) göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...