Qısa məzmun
Smarton Yükləyici vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında
SmartON – LG Electronics, Panasonic, Gree və Daikin kimi aparıcı markaların Azərbaycandakı rəsmi distribyutorudur. Şirkətin əsas fəaliyyəti satış və servis üzərində qurularaq növbəti xidmət növlərini təklif edir:
- Topdan və pərakəndə satış
- Korporativ satış
- SmartOn.az onlayn mağaza üzərindən satış
- Rəsmi və avtorizə olunmuş servis mərkəzləri
Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.
Vəzifə öhdəlikləri:
Anbar ərazisində təyin edilmiş marşrut üzrə yüklərin (iri və xırda məişət texnikasının) boşaldılmasını və maşına yerləşdirilməsini, anbara yeni mal daxil olan zaman onların boşaldılmasını, yoxlanılmasını, sortlaşdırılmasını təmin edir.
Namizədə qarşı tələblər
- Yaş həddi 25-45 olan, fiziki cəhətdən sağlam
- Tez bir zamanda adaptasiya ola biləcək, rəhbər şəxslərlə düzgün ünsiyyət qaydalarını bilən və işində tətbiq edən, dəqiq, dürüst və detallara qarşı diqqətli olan
- İş qrafiki: 09:00-18:00, 7/5
- Əmək haqqı: 700 manat
- İş yeri Qala ərazisindədir.
Əlaqə:
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@smarton.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Dərzi vəzifəsi üzrə vakansiya elan edir. Tikiş maşınları ilə sərbəst işləmə bacarığı olmalıdır. ...
Mətanət A Usta üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Tort yığım ustası vəzifəsi üzrə vakansiya elan edir. ...