Zəif axın sistemləri üzrə aparıcı İKT mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PMD Projects LLC Zəif axın sistemləri üzrə aparıcı İKT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

“PMD Projects” MMC təcrübəli və səriştəli heyəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.

Hal-hazırda şirkətimizdə Zəif axın sistemləri üzrə aparıcı İKT mütəxəssisi vakansiyası üzrə iş imkanı mövcuddur:

Vəzifə öhdəlikləri:

  • Zəif axın sistemləri (CCTV, SKS, Access Control System, TV system, İnternet xidməti) ilə bağlı texniki tapşırıqların hazırlanması;
  • Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Layihələrin Zəif axın sistemləri hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu haqqında hesabatların verilməsi, o cümlədən aylıq hesabatların hazırlanması;
  • Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin təhlil edilməsi;
  • Layihə şirkətinin təqdim etdiyi zəif axın sistemləri üzrə layihələrin Zəif axın hissəsinin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanması və aşkar
  • unan problemli sahələrin aidiyyatı üzrə bildirilməsi;
  • Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi;
  • Layihələrin Zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünün yoxlanılması və layihəçi ilə sistemlərin təhlilinin aparılması;
  • Zəif axın işlərinə aid sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək göstərilməsi, şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsində iştirak edilməsi;
  • İş qrafikinin və standartların razılaşdırılması, layihə boyunca nəzarətdə saxlanılması;
  • Rəhbərliyə və komandaya layihədəki yeniliklərlə bağlı daimi məlumat verilməsi;
  • Layihə bitdikdən sonra yekun hesabatın hazırlanması;
  • Layihə üzrə mobilizasiya ofislərinin Zəif axın xidmətlərilə təmin olunması və texniki dəstəyin göstərilməsi;
  • Zəif axın sistemlərinə cəlb olunan yeni əməkdaşların peşəkar inkişafına dəstək olunması;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi : İKT sahəsində azı 5 il, zəif axın sistemləri ilə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili– yaxşı;
  • Kompüter bacarıqları: Microsoft Office, AutoCAD proqramında işləmək bacarığı, Visio və MS Project biliyi arzuolunandır;
  • Şəbəkə ilə bağlı biliklərin olması – VLAN, Switching, IP Addressing, Routing, STP;
  • Strukturlaşdırılmış kabel sistemlərini və standartları yüksək səviyyədə bilmək;
  • IP, CCTV, Access Control, SKS layihələndirilməsini və şəbəkə infrastrukturunu bilmək;

Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə hr@pmdprojects.az ünvanına göndərmələri xahiş olunur.

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Planlama üzrə mütəxəssis

Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

20.02.2025 - Bakı

 Smeta üzrə mühəndis

Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

19.02.2025 - Bakı

Avtoelektrik

Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.02.2025 - Bakı

1500₼
Layihəçi elektrik mühəndisi

AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AQA Şirkətlər Qrupu

13.02.2025 - Bakı

Laborant

Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

12.02.2025 -

1000₼
Sahə mühəndisi

BMY Caspian MMC Sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

11.02.2025 - Bakı

SƏTƏM üzrə mühəndis

Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

11.02.2025 - Bakı

800 — 1000 ₼
İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı)

Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.02.2025 - Bakı

700₼
İstehsalat koordinatoru

Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.02.2025 - Bakı

Növbə nəzarətçisi

Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

05.02.2025 - Hacıqabul

Növbə nəzarətçisi

Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

03.02.2025 - Hacıqabul

700 — 1000 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

03.02.2025 - Bakı