Qısa məzmun
Onvolt MMC Zəmanət və ehtiyat hissələri üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- Ehtiyat hissələri kataloqundan istifadə edərək sifariş siyahılarının tərtib edilməsi,
- Ehtiyat hissələrinin alınması üçün istehsalçı şirkət ilə danışıqlar prosesində iştirak,
- Ehtiyat hissələrinin daşınması və gömrük rəsmiləşdirilməsi prosesinin izlənilməsi,
- Ehtiyat hissələri anbarı ilə əlaqəli işləmək, ehtiyat hissələri üzrə bazar araşdırması aparmaq,
- Zəmanətə daxil olan işlərin müəyyən edilməsi, zəmanət işləri ilə bağlı məlumatların toplanması və istehsalçı şirkətə məlumatlar verilməsi,
- Zəmanət işləri üzrə iddialar qaldırılması və bu iddiaların statusunun izlənilməsi.
Tələblər:
- Ali təhsil (texniki və IT sahələrində təhsili olanlara üstünlük verilir),
- Kompyuter bacarıqları (Windows əməliyyat sistemi ilə sərbəst işləmək),
- Microsoft Office bilikləri,
- Analitik düşünmə qabiliyyəti və komandada işləmə bacarığı,
- İngilis dili (minimum intermediate səviyyəsində) tələb olunur, Rus dili bilikləri arzuolunandır.
- Araşdırmaya meyillilik
- Kommunikasiya bacarıqları
İş təcrübəsi:
- Müvafiq sahədə iş təcrübəsi olması arzuolunandır.
İş şəraiti:
- İş yeri: Baş ofis – Onvolt MMC, Ceyhun Hacıbəyli 194
- İş qrafiki: 5/7; 10:00 – 19:00
- Əmək haqqı: razılaşdırma yolu ilə.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...