Zəng mərkəzinin operatoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir.

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.

ZƏNG MƏRKƏZİNİN OPERATORU

  • İş yeri: Bakı şəhəri (Azure Biznes Mərkəzi)
  • İş vaxtı: Növbəli
  • Əmək haqqı: Namizəddən asılı olaraq dəyişir
  • Tabeçilik: Satış şöbəsinin müdiri

İŞİN TƏSVİRİ

  • 24/7 fəaliyyət göstərən 175 “Qaynar Xətt”-inə gələn zəngləri cavablandırmaq;
  • Müştərilərə xidmətlərlə bağlı məlumat vermək;
  • Sifarişi aidiyyatı xidmət bölməsinə yönəltmək;
  • Zənglərin qeydiyyatını aparmaq və statistik hesabatlar hazırlamaq;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək, yaranmış problemləri aidiyyatı bölmələrə yönləndirmək;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

  • Ali təhsil və ya orta təhsil;
  • Azərbaycan və Rus dili (arzuolunandır);
  • Xidmət barəsində müştərilərlə səlis və izahlı danışıq;
  • Microsoft Ofis Proqramları üzrə bilik (Microsoft Word, Microsoft Excel);
  • Bu sahədə təcrübəsi olanlara üstünlük veriləcəkdir;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 19.06.2023 – ci il tarixinədək hr@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

 

Oxşar vakansiya siyahısı:

700 — 800 ₼
İradların həlli üzrə inzibatçı

Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

16.01.2025 - Bakı

1000₼
Ofis meneceri

C and S Group LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

C and S Group LLC

23.12.2024 - Bakı

500₼
Qeydiyyatçı

Akabe İnşaat Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Akabe İnşaat

23.12.2024 - Bakı