Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Səba Şirkətlər Qrupu Zootexnik (Auditor)üzrə vakansiya elan edir. Quşların anatomiyası və fiziologiyasını bilməlidir.
Vəzifə: Zootexnik (Auditor)
İş yeri: Şabran, Abşeron, Bakı
Şöbə: Daxili Audit
Hesabat verir: Daxili Audit Departamentinin Direktoruna
Tabeçilikdə işçi: Yoxdur
Namizədə tələblər:
- Sahə üzrə ali təhsil
- Minimum 3 il Zootexnik və ya Baytar Həkim kimi iş təcrübəsi.
- MS Office üzrə kompyuter bilikləri
- Aşağıdakı bəndlər üzrə müfəssəl biliklər:
- Quşların anatomiyası və fiziologiyası.
- Quşların saxlanması və böyüməsi şərtləri üçün əsas baytarlıq və sanitariya tələbləri.
- Quş xəstəliyinin əlamətləri və dezinfeksiyaedici məhlulların tərkibi.
- Yem normaları, yemləmə qaydası və quş növlərinin zülal, vitamin və minerallara olan ehtiyacı.
- Yumurta və quş məhsuldarlığının artırılması üsulları.
- Broyler avadanlıqlarının istismar qaydaları.
Əsas vəzifə öhdəlikləri:
- İnkubasiya və yetişdirmə prosesləri üzrə daxili prosedur qaydalarına əsasən daxili nəzarət nöqtələrinin müəyyən edilməsi üzrə təkliflər vermək.
- İnkubasiya və yetişdirmə sahələrinə müntəzəm baxış keçirmək, proseslərin daxili prosedur qaydalarına və beynəlxalq standartlara (ROSS) uyğunluğunu yoxlamaq.
- Quşların baxımı, vəziyyəti, performansı və hərəkəti barədə müfəssəl məlumat toplamaq, fərdi quş problemlərini müəyyənləşdirmək və hesabatlılığını təmin etmək.
- Şirkətin mövcud vaksinasiya və yemləmə təcrübəsini beynəlxalq standardlara əsaslanaraq dəyərləndirmək.
- Mövcud zootexniki tədbirlərin optimallaşması yollarını araşdırmaq və rəhbər heyətə təkliflər hazırlamaq.
- İnkubasiya və yetişdirmə proseslərinin qəbul olunmuş plana əsasən izləmək, plandan yayınmalar və səbəbləri aydınlaşdırmaq, hesabatlılığını təmin etmək.
CV-lərinizi CV@saba.az elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
CV-lərin təqdim edilməsi üçün son tarix 12 Mart, 2021.