Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding Zootexnik (Kürdəmir) vəzifəsi üzrə vakansiya elan edir. Zootexnik ixtisası üzrə ali təhsil vacibdir.
Namizədə aid tələblər:
- Zootexnik ixtisası üzrə ali təhsil,
- Müvafiq sahədə və ya zootexnik kimi 1 illik iş təcrübəsi.
İş haqqında məlumat:
- Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin etməyi bilməli,
- Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməyi bilməli,
- Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini bilməli,
- Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini bilməli,
- Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini bilməli,
- Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyinini bilməli.
- Digər bölgələrdən işə götürülən işçilər şirkətin qonaq otağında qalmağa yerlə və gündə 3 dəfə qidalanma ilə təmin ediləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 24.02.2020-ci il tarixinədək cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Zootexnik”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.