Qısa məzmun
Lankaran Springs Wellness Resort Əməliyyatlar üzrə menecer müavini vəzifəsi üzrə vakansiya elan edir.
Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi
Əsas vəzifələr:
- Satış və marketing fəaliyyətini və bu sahədə əldə edilən nəticələri izləyir. Satış və marketing mövzulu toplantılara rəhbərlik edir və ya belə toplantılarda iştirak edir. Lazım gələrsə mehmanxanın fəaliyyətinin təhlükəsizliyi üçün tədbirlər görür.
- Gəlir, xidmət və işçilərin məmnuniyyətinin artırılması sahəsində qarşıya qoyulmuş hədəflərə çatmaq və ya daha yüksək nəticələr əldə etmək məqsədilə komitə və şöbə başçılarının fəaliyyətinə rəhbərlik edir.
- Mehmanxana sektoruna aid toplantılarda iştirak edir, bu sektorda təsis edilmiş müxtəlif təşkilatlara üzv olur.
- Qəbul edilmiş servis standartlarına əsasən mehmanxana daxilində göstərilən bütün xidmətlərin keyfiyyətinə nəzarət edir.
- Mehmanxanaya aid olan otalarda interyer və komplektasiyaların tamamlanmasın nəzarət edir, lazım olduğu hallarda yeni təkliflər hazırlayaraq təsdiq üçün mərkəzi idarəyə yönləndirir.
- Mehmanxana daxilində mövcud olan əlavə xidmətlərin fəaliyyətinə nəzarət edir, yeni təklif və fikirlər varsa təqdimat hazırlayaraq bu xidmətlərin həyata keçirilməsi və qonaqlara təqdim edilməsi məqsədilə təsdiq üçün mərkəzi idarəyə təqdim edir .
- Mehmanxana binasının texniki olaraq əlverişli şəraitdə istismar edilməsinə nəzarət edir və mütəmadi olaraq lazım gələrsə təmir tikinti proseslərinin təmin edilməsini təşkil edir.
- Mehmanxana şöbələrinin bir birilə kordinasiyalı fəaliyyətini təmin edir və nəzarət edir .
- Mehmanxana ilə əməkdaşlıq edən podratçıların fəaliyyətlərinin nizamlanması, görüləcək işlərin tam standartlara uyğun və keyfiyyətli olmasını təmin edir.
- Mehmanxan fəaliyyətinin yüksək gəlirlilik çərçivəsində çalışması üçün mövcud olan gündəlik xərclərə tam nəzarəti həyata keçirir və monitorinq aparır.
- Mehmanxana qonaqlarından gələn təklif və şikayətlərin analiz edilərək, çatışmazlıqların aradan qaldırılmasını təmin edir .
- Mehmanxana xidmətlərinin qiymət siyasətini təyin etməkdə iştirak etmək, rəqabət apara biləcək sektorun digər subyektlərinin qiymət siyasətinin analizini və statistikasına nəzarət etmək.
- Mehmanxanada dincələn, müalicə alan qonaqların təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək.
- Mehmanxananın yerləşdiyi regionda mövcud ola biləcək bütün növ dövlət tədbirlərində Mehmanxana və aid olduğu şirkəti iştirak və təmsil etmək.
- Mehmanxana xidmətlərin yüksək keyfiyyətli təqdimatı üçün mütəmadi təlimlərin təşkil və təminatına nəzarət etmək və varsa yeni təkliflər planı hazırlayaraq mərkəzi idarə təsdiqi üçün təqdim etmək.
Tələblər:
- Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları;
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
- Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə 2-5 il iş təcrübəsi;
- Əla təşkilatçılıq və inzibati bacarıqlar;
- Mükəmməl qonaq xidməti və problemlərin həlli bacarıqları;
- 24 saatlıq əməliyyat tələblərinə cavab vermək üçün çeviklik;
- Elektron cədvəllər və büdcə paketləri ilə hərtərəfli işləmək bacarığı;
- Problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;
- Otel əməliyyatlarının bütün aspektləri üzrə mükəmməl bilik;
Üstünlüklər:
- Dünyaca məşhur otel brendlərinin təcrübəli komandası ilə əməkdaşlıq etmək şansı;
- Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
- Otellərdə və digər müvafiq mülklərdə maksimum endirim imkanları
- PMD Group rəhbərliyi altında müxtəlif sənaye müəssisələrində karyera imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə;
- Bakıdan Lənkərana transfer
- Qalmaq yeri ilə təmin olunma .
- Qidalanma
- Tam rəsmi qeydiyyat
Maraqlanan namizədlərdən mövzu yerində Əməliyyatlar üzrə menecer müavini qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...