Qısa məzmun
Baku Business Consulting MMC Əməyin mühafizəsi üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir.
“Baku Business Consulting” MMC-yə 3 aylıq ödənişsiz Əməyin mühafizəsi üzrə təcrübəçi vakansiyası aktivdir.
3 aylıq təcrübə müddətini müvəffəqiyyətlə bitirdikdən sonra şirkət tərəfindən işlə təmin ediləcək.
Vəzifə öhdəliyi:
- Əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və layihələrdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
- Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkili və təmin edilməsi;
- Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
- Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
- Bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək, fəaliyyətin təkmilləşdirilməsi üçün yeni təkliflər vermək;
- SƏTƏM-ə dair risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək;
- Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Əmək funksiyasına uyğun olaraq görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbə rəhbərinə (onun tələbinə əsasən) məlumat vermək;
- Şöbə rəhbəri tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsilli (Mühəndislik ixtisası);
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Azərbaycan dili, rus dili mükəmməl və ingilis dili biliyi arzuolunandır;
- Komandada işləmə bacarığı;
- Problemləri təhlil və həll etmə bacarığı;
- Məsuliyyətli və loyallıq;
Biz Sizə nə təklif edirik:
- Peşəkar, mehriban komandada iş;
- Etibarlı şirkətdə karyera yüksəlişi;
İş şərtləri:
- İş qrafiki: 6 günlük
CV-lərinizi elektron ünvanına “Əməyin mühafizəsi üzrə təcrübəçi” başlığı altında göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...